EN

Ölkədə tibb məntəqələrinin az qala yarıya qədəri yararsızdır...


Pərvanə Mustafayeva: “Bölgələrdə tibb məntəqələri ilə bağlı vəziyyət xoş deyil”

Azərbaycanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti yararsızdır. Baxmayaraq ki, rayonlarda yeni mərkəzi xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, ancaq hələ də bəzi tibb məntəqələrində çatışmazlıqlar var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Milli Məclisin ötən iclasında çıxışı zamanı deyib ki, ölkədə təxminən 2 500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir.

Məlumdur ki, illərdir tibbin inkişafına vəsait sərf olunur, ancaq yenə də bu kimi problemlər ortaya çıxır. Maraqlıdır, illərdir səhiyyəyə milyardlarla pul sərf olunduğu halda, 2500 tibb məntəqəsi niyə yararsız haldadır? Bu acınacaqlı vəziyyətin məsuliyyəti kimlərin üzərindədir?

“Bir çox kəndlərdə ya tibbi məntəqəsi yoxdur, ya da istismara yararsız vəziyyətdədir”

Həkim ekspert Pərvanə Mustafayeva "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bölgələrdə tibb məntəqələri ilə bağlı vəziyyət xoş deyil: “Azərbaycanın böyük kəndlərində heç olmasa ən azı ilk tibbi yardım, həyati vacib problemlərin həlli üçün yetərli olan bir ambulator məntiqələr və tibb ambulatoriyaları olmalıdır. Sovet dövründə bunlar bu və ya digər şəkildə mövcud idi. Orada həkim də, tibb bacısı da fəaliyyət göstərirdi. Bu gün kənd ambulatoriyalarının böyük əksəriyyəti bərbad gündədir. Ümumiyyətlə, bir çox kəndlərdə ya tibb məntəqəsi yoxdur, ya da istismara yararsız vəziyyətdədir. Belə olan halda insanlar ən yüngül problemi də həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar.

Bu gün xəstəxanaların və tibb məntəqələrinin həm maddi-texniki bazası, həm kadr çatışmazlığı ilə bağlı ciddi problemlər var. Bu isə səhiyyə qurumlarının birbaşa yetərsiz fəaliyyəti ilə bağlıdır. Hətta mən deyərdim ki, Bakı şəhərinin özündə elə xəstəxanalar var ki, ən adi tibbi materiallarla təmin edilməyib”.

Günel CƏLİLOVA

Chosen
34
baki-xeber.com

1Sources