“Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stouns karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, “Barselona” 31 yaşlı futbolçunun transferində maraqlıdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İngilis müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq və o, azad agent statusu alacaq.
Qeyd edək ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola daha əvvəl Stouns-un komandada qalacağına əmin olmadığını bildirmişdi.
Cari mövsümdə Con Stouns bütün turnirlərdə 10 oyuna çıxıb, lakin nə qol vurub, nə də ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.