EN

ABŞ-də Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilir - FOTO

ABŞ-nin müxtəlif ştatlarında Qarabağda qazandığımız zəfərin beşilliyi münasibətilə led ekranlı maşınlar vasitəsilə məlumatlandırma kampaniyası keçirilib. 

Üzərlərində "Cəsarət və qürurla 5 il", "Azərbaycanın qələbəsi, ədalətin zəfəri", "Azərbaycan qalib gəlib, ədalət qalib gəlib", "Qarabağda davamlı sülh üçün birlikdə", "Qarabağ - sülh və ümid diyarı", "Qafqaz üçün sülh və əməkdaşlıq", "Sülh xoşbəxtlik gətirir, xoşbəxtlik isə inkişaf", "Qələbə Qəhrəmanlarını Anırıq", "Qələbəni mümkün edənləri xatırlayırıq" kimi mesajlar, eləcə də işğaldan azad edilmiş rayonların adları yazılan xüsusi nəqliyyat vasitələri gün ərzində ABŞ-nin paytaxtı Vaşinqton da daxil olmaqla Nyu York, Atlanta, Detroit və Boston şəhərlərinin ən məşhur küçələrini, siyasi mərkəzlərin yerləşdiyi əraziləri dolaşıb. Maşınların üzərindəki mesajlar yerli əhalinin diqqətini çəkib, böyük marağa səbəb olub. 

Aksiya Amerika Azərbaycan Gənclər Federasiyası və Nyu Yorkda yaşayan soydaşımız Nofəl Əliyevin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, ABŞ-də yaşayan soydaşlarımız peşəkar məlumatlandırma təcrübəsinə malikdirlər və bu cür aksiyaları uzun illərdir ki, təşkil edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
44
milli.az

1Sources