8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Manset.az xÉ™bÉ™r verir ki, aksiya çərçivÉ™sindÉ™ Agentliyin vÉ™ onun tabeliyindÉ™ki qurumların É™mÉ™kdaÅŸlarının iÅŸtirakı ilÉ™ 1850 É™dÉ™d aÄŸac É™kilib.Â
Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 000-dən çox ağac əkilib.
Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.







