EN

Mançester Yunayted in futbolçusu İtaliya klublarının hədəfində

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" ingiltərəli yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə "Football Italia" məlumat yayıb.

Neapol təmsilçisi Meynunu icarəyə götürmək üçün artıq İngiltərə klubuna rəsmi təkliflə müraciət edib. 20 yaşlı oyunçu ilə "Roma" da maraqlanır.

Futbolçu özü də İtaliyaya yollanmağa isti yanaşır. O, DÇ-2026 öncəsi daha çox forma geyinəcəyi komandada çıxış etmək istəyir.

Qeyd edək ki, Kobbi Meynu bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
sportal.az

2Sources