"Qarabağ" və "Neftçi" arasında baş tutan görüşlərdə ən çox qeydə alınan hesablar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, derbilərdə 14 hesab variantı qeydə alınıb. 1:0 hesabı daha çox – 18 dəfə gerçəkləşib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Neftçi"nin meydanında 0:0 hesabı daha çox – 10 dəfə qeydə alınıb. "Qarabağ"ın meydanında isə daha çox 1:0 hesabı üstünlük təşkil edib - 10 dəfə.

"Neftçi"nin meydanında 13, "Qarabağ"ın meydanında 12 fərqli hesab qeydə alınıb.