EN

Azərbaycanın iki cüdoçusu İslamiadada yarımfinala yüksəlib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ər-Riyad, 8 noyabr, Elnur Salahov, AZƏRTAC

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacikistanlı Ahliya Muminovaya qalib gəliblər.

Gültac Məmmədəliyeva (52 kiloqram) 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. 1/4 finalda məğlub olan Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
5
azertag.az

6Sources