EN

“Çelsi”ni “Atletiko”ya dəyişə bilər

“Çelsi”nin sol müdafiəçisi Mark Kukurelya karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, Madridin “Atletiko” klubu 27 yaşlı futbolçu ilə danışıqlara 2026-cı ilin yayına qədər başlamayacaq, çünki klub hesab edir ki, “Çelsi” mövsüm ərzində oyunçunu münasib qiymətə buraxmayacaq.

İspan oyunçunun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.

Cari mövsümdə Kukurelya Enzo Mareskanın komandası üçün 15 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Chosen
42
90deqiqe.az

1Sources