EN

Şəhid fotolarına baxıb “igidlik”ləri ilə öyünənlər arada “Yerablur”u da xatırlayın

Xəbər verdiyimiz kimi, erməni politoloq Vladimir Martirosyan 2021-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilən Anım yürüşü tədbirinin fotosunu paylaşaraq “erməni əsgəri döyüşdü” şərhini yazıb.

Əslində Martirosyanın iyrənc xislətinin ortaya qoyduğu paylaşıma yox, nəticəyə baxanda, ZƏFƏRi görəndə martirosyankimilərə cavab vermək istəmirsən, bunun izafi bir əziyyət olduğunu düşünürsən. Amma yox, bir neçə cümlə ilə 44 günlük müharibədə “hal və vəziyyəti” bu politoloqun simasında ermənilərin yadına salaq: Aydındır ki, bizə qarşı açıq və ya gizli döyüşən düşmənlərimizin havadarları güclü idi.

“Niyə”si sizə də məlumdur “Türk düşmənçiliy!

Əvvəlcə, siz ermənilər qurban olasınız 1990-ci ildən sizi ciddi cəhdlə qoruyan Rusiya ordusuna və zabitlərinə! Rusiyadan hədiyyə olunan silah – sursata, dübarə qurban olun PKK , YPG, ASALA, DAŞNAK və 24 ölkədən Azərbaycanın sərhədlərini qanunsuz keçərək Qarabağda vuruşan xarici ölkə vətəndaşlarına. Onların əksəriyyəti terror təşkilatı olan “VoMA” da birləşmişdilər.

Bundan başqa, savaş günlərində BBC-nin rus xidməti yazırdı ki, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan artıq müharibənin beşinci günündə 1500 əsgərin fərarilik etdiyini demişdi:” General əlavə etmişdi ki, onları Qarabağda saxlayıblar ki, Ermənistana qayıdıb çaxnaşma yaratmasınlar”.

Hətta separatçı rejiminin başçısı Araik Arutyunyan 44 günlük müharibə zamanı “Facebook” hesabında canlı yayım zamanı həyəcanla xəbər verdi ki,Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı:” Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”.

“Joğovord” nəşri “10 mindən artıq Ermənistan vətəndaşı fərarilikdə ittiham olunur” sərlövhəli məqaləsində yazır: “Dindirilmə zamanı təqsirləndirilən şəxslər müharibəyə asanlıqla getdiklərini, lakin “göydən alov yağanda”, həmkarları “gözləri önündə külə çevriləndə” ya ölməli, ya da xilas olmaq üçün qaçmalı olduqlarını deyirlər. Müstəntiqlər isə fərarilərin hərəkətlərini qanun nöqteyi-nəzərindən necə qiymətləndirəcəklərini bilmirlər. Bu məsələ hələ də səlahiyyətli orqanlar tərəfindən həllini tapmayıb”

“Vestnik Kavkaza” nəşrində yayımlanan redaksiya məqaləsində rusiyalı hərbi ekspert Oleq Kuznetsov erməni hərbçiləri arasında yayılan fərariliyin səbəbini Azərbaycan Ordusunun gücündə olduğunu vurğulayıb: “Məsələ Azərbaycan Ordusunun total hərbi-texniki üstünlüyündən gedir. Bu, təbii ki, mənəvi-psixoloji ruhu dağıtdı. Belə şəraitdə dözümlülüyü saxlamaq demək olar ki, mümkün deyil. Bu, kütləvi fərariliyə gətirib çıxardı”.

Bəli, Vətənimizi sizin kimi parazitlərdən təmizləmək üçün 3 min igidimiz şəhid oldu, şəhidlik zirvəsinə yüksəldi.

Amma başqasının torpağını işğal edib onu talanlarla, dağıdıcı həmlələrlə xaraba qoyan erməni əsgərlərin iy verib iylənmiş iyrənc leşlərini Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti dərələrdən , kol dibindən, xəndəklərdən dənləyib apardı.

Onu da martirosyanalara xatırladaq ki, Azərbaycan tərəfi 44 günlük müharibədə 3000-ə yaxın şəhid veribsə, sizin leş sayınız mənbələrdə rəsmi olaraq 3.825, müxalifətin açıqlamasında isə 7 mindən çox deyilir.

Yəqin ki, bu açıqlamadan sonra “erməni əsgəri döyüşdü” deməyəcəksiniz. Çünki sizin qorxaq, cəsarətsiz, fərari olduğunuzu sübut edən bu faktları artıq bütün dünya da bilir. Şahid oldu!

Arabir həvəslənib “qəhrəmanıq” demək istəyəndə “Yerablur” hərbi pantenonunu gözünüzün qarşısına gətirin!

Əntiqə Rəşid

Chosen
63
nocomment.az

1Sources