Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və MOK-un vitse-prezidenti Fərid Mansurov iştirak edir.
Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.
Qyed edək ki, iclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.