EN

Hidayət yarımfinalda

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, o, 1/8 finalda mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyərək adını növbəti raunda yazdırıb.

Hidayət 1/4 finalda Qambiyalı Faye Alek Njiedən də üstün olub.

Qeyd edək ki, Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Chosen
27
fanat.az

1Sources