Azərbaycan Ordusunda silahlanmaya yeni hərbi yük təyyarələri qəbul edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Bakıda keçirilən hərbi paradda İL-76 hərbi nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J hərbi yük təyyarələri nümayiş olunub.
Üçlü uçuşu polkovnik leytenant Zəfər Fərhadov, "Rəşadət" ordenli polkovnik Ruslan Ələkbərov və "Qarabağ" ordenli polkovnik Vüqar Salahov idarə edib.
"Cebheinfo.az"