Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.
Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.
Peşəkar Futbol Liqası (PFL) indiyə qədər baş tutmuş Azərbaycan derbilərində qeydə alınmış böyükhesablı nəticələrlə bağlı statistikanı açıqlayıb:
Böyükhesablı nəticələr – 13 dəfə;
İlk böyükhesablı qələbə – 04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4;
İlk böyükhesablı ev qələbəsi – 13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0;
“Qarabağ”ın böyükhesablı qələbəsi – 12 dəfə;
“Qarabağ”ın bütün böyükhesablı qələbələri eyni baş məşqçi ilə qazanılıb – Qurban Qurbanovun rəhbərliyi altında;
“Neftçi”nin böyükhesablı qələbəsi – 1 dəfə;
Ən böyükhesablı qələbə – 08.11.2020. “Neftçi” – “Qarabağ” – 0:6;
Ən böyükhesablı ev qələbəsi – “Qarabağ” – “Neftçi” – 5:0;
Böyükhesablı qələbələr: Meydan sahibləri 7, qonaqlar 6 dəfə;
Bir mövsümdə ən çox böyükhesablı qələbə – “Qarabağ” 2024/25-də 3 dəfə;
Bir təqvim ilində ən çox böyükhesablı qələbə – “Qarabağ” 2024-də 4 dəfə.

