EN

Hərbi paradda ilk dəfə nümayiş olunan texnikalar - SİYAHI

Bakıdakı hərbi paradda yeni silah və texnikalar ilk dəfə nümayiş olunub

Modern.az-ın məlumatına görə, Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda silahlanmaya yeni qəbul edilmiş bir sıra döyüş sursatları və hərbi texnikalar ilk dəfə ictimaiyyətə təqdim olunub.

İlk dəfə nümayiş olunan silah və texnikalar bunlardır:

 “Hero-120” sərbəst uçan döyüş sursatları;
 “Vaşaq” xüsusi əməliyyat nəqliyyat vasitələri (Milli Müdafiə Sənayesinin məhsulu);
 “Kobra 2” zirehli tibbi təxliyyə avtomobilləri.
 "HQ-9BE" uzaqmənzilli müdafiə sistemləri.

Xatırladaq ki, Vətən müharibəsində qələbə münasibətilə ilk hərbi parad 2020-ci ildə Bakıda, növbəti isə 2023-cü ildə Xankəndidə keçirilmişdi

Chosen
38
10
modern.az

10Sources