EN

Laçında “Gənclərin Zəfər Turniri” keçirilib

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Laçında “Gənclərin Zəfər Turniri” də keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və Zəfər Gününün mənəvi əhəmiyyətinin gənc nəslə aşılanması olub.

Turnirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş müəllimi, əməkdar idman ustası Rəsul Məmmədovun mentorluğu ilə Laçın məktəblilərinə əlbəyaxa döyüş üzrə açıq dərslər keçirilib.

Eyni zamanda “Məhəmmədli Laçın” İdman klubunun direktoru və idman müəllimi Bəhruz Çıraqovun rəhbərliyi ilə keçirilən yarışlarda gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Turnirin sonunda qaliblər fəxri fərman və xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, tədbir axşam saatlarında konsert proqramı ilə davam edəcək. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində DJ ifası ilə müşayiət olunan atəşfəşanlıq şousu da təqdim ediləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources