EN

Paradda ilk dəfə… Video

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda keçirilən hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının heyəti də iştirak edir.

Tribuna xəbər verir ki, heyətə polkovnik Adəm Hüseynov başçılıq edir.

Bununla yanaşı, paradda ilk dəfə Müdafiə Nazirliyi Hərbi Polisinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularından ibarət parad heyəti iştirak edib.

Müdafiə Nazirliyi Hərbi Polisinin hərbi qulluqçularından ibarət heyətə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş general-mayor Elgün Əliyev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin parad heyətinə isə “Şücaətə görə” medallı polkovnik Orxan Novruzov başçılıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
3
tribunainfo.az

5Sources