Türkiyənin Şırnak vilayətində xüsusi təhsil və reabilitasiya mərkəzinə məxsus servis mikroavtobusu ilə yüngül kommersiya nəqliyyat vasitəsi toqquşub.
Bu barədə Avtosfer.az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb. Yaralılardan 13-ü 3-14 yaşlarında uşaqlardır.
Yaralılar ilk tibbi yardım göstərildikdən sonra Şırnak Dövlət Xəstəxanasına aparılıblar. Xəstəxana rəsmiləri yaralıların vəziyyətinin yaxşı olduğu bildiriblər.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.

