EN

Fərid Qayıbov atletlər kəndində olub

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olub.

Nazir dünən atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə məlumat alıb.

Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Qabil Əliyev XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
xalqqazeti.az

7Sources