EN

"Qalatasaray"ın sabiq futbolçusu 31 yaşında karyerasını başa vurdu - RƏSMİ

Müdafiəçi Leo Dübua 31 yaşında futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

Sportal.az xəbər verir ki, fransalı müdafiəçi bu barədə öz “Instagram” səhifəsində məlumat verib:

“Mənə dəyərlərimi meydanda ifadə etmək, ən gözəl stadionlarda oynamaq, parlaq rəngləri müdafiə etmək, inanılmaz insanlarla və istedadlarla eyni paltardəyişmə otağını bölüşmək nəsib olub.

Futbol mənə hər şeyi verdi. O, mənə intizamı, inadkarlığı, dözümlülüyü və özümü dəf etməyi öyrətdi. Həmçinin mənə heç vaxt unutmayacağım inanılmaz hisslər bəxş etdi”.

Leonun son klubu bu ilin yayında ayrıldığı “Eyüpspor” olub. O, həmçinin “Lion”, “Nant”, “Qalatasaray” və “Başakşəhər” klublarının da formasını geyinib. Futbolçu ümumilikdə 350 oyuna çıxıb, 13 qol vurub və 39 məhsuldar ötürmə edib.

Klub səviyyəsində o, “Qalatasaray”ın heyətində üç dəfə Türkiyə çempionu titulunu qazanıb.

Bundan əlavə, Dübuanın Fransa yığmasının heyətində 13 oyunu və 2 məhsuldar ötürməsi var. Təcrübəli oyunçu milli komanda ilə 2021-ci ildə Millətlər Liqasının qalibi olub.

saytlarin hazirlanmasi

Chosen
49
sportal.az

1Sources