EN

"Qarabağ" - "Neftçi" oyununa biletlər tükəndi

Sabah Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, liqanın XI turunda "Qarabağ" azarkeşləri qarşısında "Neftçi"ni qəbul edəcək.

Böyük səbirsizliklə gözlənilən matça maraq olduqca böyükdür. Hətta satışa çıxarılan biletlər qısa zamanda tükənib. Bu barədə "Qarabağ" məlumat yayıb.

Klubun açıqlamasında bütün biletlərin satıldığı bildirilib. Maraq üçün qeyd edək ki, bu oyuna ev sahibliyi edəcək "Azersun Arena" stadionu 5800 tamaşaçı tutumana malikdir.

Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı sabah saat 18:44-də start götürəcək.

Chosen
41
cebheinfo.az

1Sources