EN

Mətbuat Şurası ilə Qlobal Jurnalistlər Birliyi arasında əməkdaşlıq protokolu imzalandı

Türkiyə və Azərbaycan mediası arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli addım atılıb. Belə ki, Qlobal Jurnalistlər Birliyi (QJB) ilə Azərbaycan Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq protokolu imzalanıb.

Modern.az xəbər verir ki, sözügedən sənədin məqsədi iki qardaş ölkənin media qurumları və jurnalistləri arasında qarşılıqlı iş birliyini gücləndirmək, peşəkar təcrübə mübadiləsini təşviq etmək və ortaq media layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdır.

Protokola əsasən, tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq etməyi razılaşdırıblar. Bunlara media təhsili və peşəkar inkişaf proqramlarının təşkili, jurnalist mübadiləsi və ortaq təlimlərin keçirilməsi, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin reallaşdırılması daxildir. Həmçinin qarşılıqlı səfərlərin, forum və konfransların təşkili, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas istiqamətləri sırasındadır.

Sənədi Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar. Protokol imzalandığı tarixdən etibarən qüvvəyə minib.

Bu təşəbbüs iki ölkə arasında media əməkdaşlığının institusional əsasda inkişafına, həmçinin regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksəlməsinə xidmət edir.
 

1476634

 

1476635

 

1476636

Chosen
38
1
modern.az

2Sources