EN

Niderland XİN-in nümayəndəsi gələn həftə Azərbaycana səfər edəcək

Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, səfər çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.

Bundan əlavə, o həmçinin regional proseslər və əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq üçün ADA Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.

Chosen
6
2
aznews.az

3Sources