EN

Mətbuat Şurası ilə Türkiyə Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qlobal Jurnalistlər Şurası (Küresel Gazeteciler Konseyi – KGK) arasında əməkdaşlıq protokolu imzalanıb.

Sənəd Türkiyənin Alanya şəhərində keçirilən Qlobal Jurnalistlər Şurasının beşinci Qlobal Media Görüşü çərçivəsində imzalanıb.

Tədbirdə 41 ölkədən 310 jurnalist iştirak edib.

Protokolu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim imzalayıblar.

Rəşad Məcid çıxışında bildirib ki, imzalanan sənəd Azərbaycan və Türkiyə arasında informasiya mübadiləsinin genişlənməsinə, eləcə də media qurumları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim öz növbəsində Türkiyədən olan jurnalistlərə Azərbaycana aid xəbərlərin Türkiyə mediasında daha geniş işıqlandırılması istiqamətində daha fəal iştirak etməyi tövsiyə edib. İmzalanan protokolun bu istiqamətdə mühim addım olduğunu vurğulayıb.

Chosen
12
4
moderator.az

5Sources