EN

“Zəfər turu”: “Araz Naxçıvan” qələbə qazandı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının XI turunda növbəti oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"la qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yevlax təmsilçisindən16-cı dəqiqədə Araz Abdullayev rəqib qapısına yol tapıb. Naxçıvan komandasının heyətində isə Hamidu Keyta 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Naxçıvan komandasının digər futbolçusu Felipe Santos isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib.

Bu nəticədən sonra "Karvan-Yevlax" 5 xalla 11-ci pillədə yer alıb. "Araz-Naxçıvan" isə 19 xalla 5-cidir.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
qaynarinfo.az

5Sources