EN

Parada Azərbaycan Ordusunun arsenalındakı bu müasir texnikalar çıxarıldı

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan "SPIKE-ER" (İ-AR) raketləri, 120 millimetrlik "SPEAR" minaatanları quraşdırılmış, "SandCat-Stomer" zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "VAŞAQ" xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş "COBRA-II" zirehli tibbi təxliyə avtomobilləri, "Land Rover-110" xüsusi təyinatlı patrul avtomobilləri, "SKİF" - "COBRA" üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, "PDM-3" - Piyadaların Döyüş Maşınları, "T-72M1" və "T-90S" tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

Chosen
77
publika.az

1Sources