EN

“Pokrovsk süqut ərəfəsindədir” – CNN

Ukraynanın Pokrovsk şəhəri uğrunda döyüşlər kritik mərhələyə çatıb və Rusiya qoşunları şəhərə soxulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın reportajında bildirilir ki, ukraynalı döyüşçülər şiddətli küçə döyüşləri, kütləvi dron və artilleriya hücumlarından xəbər verir. İşğalçı qüvvələrin sərəncamında çoxlu sayda şəxsi heyət var.

Ukraynalı hərbçi telekanala bilrdirib ki, rusların hərəkətlərinin intensivliyi o qədər böyükdür ki, ukraynalı dron operatorları, sadəcə, onlarla ayaqlaşa bilmirlər. Onlar tez-tez üç nəfərdən ibarət qruplar halında hərəkət edirlər, ümid edirlər ki, iki nəfər öldürüləcək, lakin biri yenə də şəhərə çatacaq və orada möhkəm dayanacaq. Bir gündə yüzə yaxın belə qrup keçə bilər.

CNN vurğulayıb ki, Pokrovsk faktiki olaraq dağıdılıb və onun strateji əhəmiyyəti itib, amma şəhər işğalçılar üçün rəmzə çevrilə bilər. Çünki 2023-cü ilin mayında Baxmutdan sonra bu, Rusiyanın ələ keçirəcəyi ən böyük şəhər olacaq.

Ukrayna hakimiyyətinin məlumatına görə, dağılmış şəhərdə təxminən 1200 mülki şəxs qalıb. Rusiya nəyin bahasına olursa-olsun uğur qazanmaq üçün bölgəyə 170 minə qədər əsgər toplayıb.

Reportajda o da qeyd edilib ki, Rusiya hərbçilərinin itkilərinin çox yüksək olduğu təxmin edilir, hücumu dayandırmağa davam edən Ukraynma hərbçiləri vəziyyətin getdikcə kritikləşdiyini etiraf edirlər.

Xatirə SADİQ

Chosen
75
nocomment.az

1Sources