ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
İraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb.
Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.
329 deputat mandatı uğrunda təxminən 7,8 min namizəd mübarizə aparacaq.
Ümumi səsvermə noyabrın 11-də baş tutacaq.
Sorğu məlumatlarına görə, hazırkı baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi hakim "Bərpa və İnkişaf" koalisiyası 50 mandat qazanacaq. Keçmiş hökumət başçısı Nuri əl-Malikinin "Hüquqi dövlət" blokunun 38 yer, parlamentin keçmiş spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi "Takaddum" ("Tərəqqi") koalisiyasının isə 26 mandat qazanacağı gözlənilir.
"Cebheinfo.az"Â
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.