EN

Zəfər necə qazanıldı: dəhşətli döyüşlərin şahidi olan həkim danışdı VİDEO

Bakupost saytına istinadən ain.az xəbər verir.

Bakupost TV-nin “Həkim Postu” verilişinin növbəti qonağı dermatoveneroloq-həkim Mayıl Ramazanov olub.

O, 44 günlük Vətən müharibəsində, eləcə də Lokal Antiterror əməliyyatları zamanı həkim kimi çalışıb.

Proqram zamanı həkim döyüş bölgəsində keçirdiyi günlərdən və yadda qalan xatirələrindən danışıb. Mayıl Ramazanov yaralı hərbçilərin həyatı uğrunda aparılan mübarizədən, həmçinin onların göstərdiyi əsl qəhrəmanlıqdan söz açıb.

Müsahib bildirib ki, müharibə dövründə həm həkim, həm də döyüşçü olmaq böyük məsuliyyət tələb edirdi və bu yolda əsgərlərin iradəsi onlara güc verib.

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
www.bakupost.az

1Sources