EN

Daşkəsəndə bayram coşqusu

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Daşkəsən, 8 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü müxtəlif tədbirlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər xiyabanına yürüş təşkil edilib. Xiyabandakı əbədi məşəlin önünə əklil qoyulub, şəhid məzarları ziyarət olunaraq, üzərlərinə gül dəstələri düzülüb.

Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri, kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və "Əsgərə məktub" aksiyası bayram tədbirinə əlavə rəng qatıb.

Sonra bayram konserti təşkil edilib. Tədbir atəşfəşanlıqla yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
azertag.az

2Sources