EN

Şirvanda sərgi açılıb, fləşmob keçirilib

Noyabrın 8-də Şirvan şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Qarabağ” xiyabanında məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi açılıb, idmançıların nümunəvi çıxışları nümayiş olunub.

XQ xəbər verir ki, nümayiş olunan əl işləri, xüsusən də Zəfərin simvolu olan "Xarıbülbül" rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Zəfər Günü ilə əlaqədar fləşmob təşkil keçirilib. Əvvəlcə M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında "Zəfər” abidəsi ziyarət olunub. Sonra "Zəfər” abidəsinin önündə təşkil olunan fləşmobda şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri “Qarabağ sən dirçəlirsən!” yazısını təsvir ediblər. Fləşmobda “Qarabağ Azərbaycandır!”, “Qarabağ sən dirçəlirsən!” şüarları səsləndirilib.

Chosen
15
1
xalqqazeti.az

2Sources