EN

Ukrayna ABŞ-dən maye qaz tədarükünə dair saziş imzalayıb

Ukrayna Yunanıstanın qaz terminalları və Şaquli dəhliz vasitəsilə ABŞ-dən müntəzəm əsasda maye qazın (LNG) tədarükünə dair saziş imzalayıb.

Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

“Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının (P-TEC) nazirlər səviyyəsində ilk görüşü zamanı “Naftogaz” Qrupu və Yunanıstanın “ATLANTIC-SEE LNG TRADE S.A.” şirkəti Yunanıstanın qaz terminalları və Şaquli dəhliz vasitəsilə gələcəkdə Ukraynaya ABŞ-dən müntəzəm olaraq LNG tədarükü barəsində memorandum imzalayıblar”, – deyə məlumatda bildirilir.

Energetika naziri Svetlana Qrinçukun sözlərinə görə, uzunmüddətli tərəfdaşlıq 2050-ci ilə qədər olan dövrü əhatə edir. Əsas məsələ budur ki, bu memorandum yeni strateji layihələri mərhələli şəkildə həyata keçirməyə, ələlxüsus da Ukrayna üçün sabit uzunmüddətli LNG tədarükünü təmin etməyə, infrastrukturumuzu Avropanın logistik marşrutlarına inteqrasiya etməyə və ABŞ qazının tədarükü və saxlanılması üçün dayanıqlı sistem yaratmağa imkan verəcək.

MənbəOXU.AZ
Chosen
43
banker.az

1Sources