Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Rusiya hələlik ABŞ tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırlanmış genişmiqyaslı TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) infrastruktur layihəsində aktiv rol oynamır“.
AzPost bildirir ki, bu sözləri Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun direktor müavini Viktoriya Juravleva erməni mediasına müsahiəsində deyib.
V.Juravleva qeyd edib ki, layihə tamamilə Amerikaya məxsusdur və ABŞ-ın iqtisadi maraqlarını, o cümlədən nadir torpaq metallarına və enerji ehtiyatlarına çıxışı təmin etməyi hədəfləyir: “Rusiya üçün bu, hələlik bir çağırışdır. Eyni zamanda öz strategiyasına inteqrasiya oluna bilsə, regionda iqtisadi əməkdaşlığa qatılmaq üçün bir fürsətdir”.
O əlavə edib ki, Moskva Cənubi Qafqazın bütün ölkələri ilə praqmatik iqtisadi əsasda əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirərək bu təşəbbüsə qoşula bilər.
Ekspert həmçinin qeyd edib ki, Vaşinqtonun vasitəçi kimi seçlməsi ABŞ prezidenti Donald Trampın şəxsiyyəti və Amerika administrasiyasının Çinlə rəqabət şəraitində regionda təsirini gücləndirmək istəyi ilə bağlıdır. “Rusiyanın resursları hazırda məhduddur, lakin bu, müvəqqətidir. Moskva bu iqtisadi məkanda öz mövcudluğunu bərpa etməyə və fəaliyyətini artırmağa çalışacaq”, – deyə o əlavə edib.
Rusiyanın Azərbaycanla münasibətlərinə münasibət bildirən ekspert qeyd edib ki, Moskva neytral kurs yürüdür və regionda əlaqələrini şaxələndirməyə çalışır. “Ermənistanla olduğu kimi, Azərbaycanla münasibətlər də dalğalar şəklində inkişaf edir – soyuma və bərpa dövrləri ilə. Bu, regional siyasətin ümumi dinamikasını əks etdirir. Rusiya bütün tərəflərlə iqtisadi cəhətdən faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır”, – deyə Juravleva yekunlaşdırıb.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.