EN

İngiltərə Premyer Liqası: "Tottenhem" "Mançester Yunayted"lə xalları yarı böldü

İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem" "Mançester Yunayted"i qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, matçda qalib müəyyənləşməyib.

"Mançester Yunayted"in hücumçusu Brayan Mbemo 32-ci dəqiqədə hesabı açıb. Matis Tel 84-cü dəqiqədə oyunda tarazlıq yaradıb. Rişarlison 90+1-ci dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub. Lakin Matteys de Liqt 90+6-cı dəqiqədə qonaqları məğlubiyyətdən xilas edib - 2:2.

Bu oyundan sonra "Tottenhem" turnir cədvəlində 18 xalla üçüncü, "qırmızı şeytanlar" isə eyni xalla yeddinci yerdədirlər.

"Cebheinfo.az" 

Chosen
12
2
cebheinfo.az

3Sources