EN

Braziliyanın Parana ştatında tornado nəticəsində beş nəfər ölüb

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Braziliyanın Parana ştatında tüğyan edən qasırğa nəticəsində azı beş nəfər ölüb, 130 nəfər yaralanıb.

"Ölkə.Az"-ın "report"a istinadən xəbərinə görə, bu barədə "CNN Brasil" məlumat yayıb.

"Dövlət Mülki Müdafiə Xidmətinin məlumatına görə, indiyə qədər azı beş ölüm hadisəsi təsdiqlənib. 130 nəfər yaralanıb", - məlumatda bildirilib.

Siklon soyuq atmosfer cəbhəsi ilə əlaqələndirilir. Riu-Qrandi-du-Sul, Santa-Katarina və San-Paulu ştatlarında küləyin sürəti saatda 100 km-dən çoxdur.

Bundan əlavə, Riu-Bonitu-du-İquasu şəhərində küləyin sürəti bəzi ərazilərdə saatda 250 km-dən çox olub. Qasırğa, həmçinin Rio-de-Janeyro və Espiritu-Santu sahillərinə də təsir göstərə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
3
olke.az

4Sources