Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstanın nüfuzlu 1tv.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları Azərbaycanda Vətən Mhüaribəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar.
AZƏRTAC xəbər verir ki, yayılan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən Mhüaribəsində Qələbənin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışından materiallar yayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.