Türkiyəli fermer maraqlı addımı ilə diqqət çəkib.
Far.Az xəbər verir ki, o Zəfər Günündə Azərbaycan xalqına dəstəyini nümayiş etdirib.
Bu məqsədlə Kırklareli vilayətində yaşayan fermer traktorla tarlaya "Qarabağ zəfərinin 5 yaşı tamam oldu, minlərlə şəhidini unutma" sözlərini yazıb.
Məlumat üçün bildirək ki, bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qarabağ Zəfərinin 5-ci ildönümüdür.