EN

Gəncədə iki avtomobil toqquşdu – xəsarət alanlar var – FOTO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” ilə “Toyota Prius” toqquşub. Qəzadan sonra idarəetmədən çıxan “Opel” səki gedən iki piyadanı vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
9
14
konkret.az

10Sources