EN

Sumqayıtda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.

APA xəbər verir ki, axşam saatlarında şəhərin müxtəlif istiqamətlərindən görünən rəngarəng işıq şouları sakinlər tərəfindən böyük coşqu və sevinclə qarşılanıb.

Tədbir zamanı şəhər sakinləri və qonaqlar Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Chosen
32
4
apa.az

5Sources