EN

“Tramp dediklərinə görə üzr istəməlidir”

“ABŞ Prezidenti Donald Tramp Nigeriyaya mümkün müdaxilə ilə bağlı dediklərinə görə üzr istəməlidir”.

Redaktor.az xəbər verir ki, bu barədə yerli mediaya açıqlamasında Nigeriya Senatının sədr müavini Barau Cibrin deyib.

“Biz hesab edirik ki, o bunu başa düşməli, sonra bəyanatını geri götürməli və Nigeriyadan üzr istəməlidir”, - deyə dövlət rəsmisi bildirib.

Xatırladaq ki, ötən həftə D.Tramp Pentaqona xristianlara qarşı cinayətlərə görə Nigeriyaya qarşı potensial hərbi əməliyyatlar hazırlamağı tapşırıb. O xəbərdarlıq edib ki, ölkədəki vəziyyət dəyişməsə, Vaşinqton dərhal Abucaya bütün yardımı dayandıracaq və hətta Afrika ölkəsinə qoşun yeridə bilər.

Ağ Ev rəhbəri daha öncə xristianlığın Nigeriyada təhlükə ilə üzləşdiyini açıqlamışdı. O, ölkədə minlərlə xristianın öldürüldüyünü qeyd etmişdi. Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar da öz növbəsində çətin vəziyyətə baxmayaraq, ölkə əhalisinin təhlükə altında olmadığını bəyan etmişdi.

Chosen
7
4
redaktor.az

5Sources