EN

Turan Tovuz və Zirə qol vurmadan xal qazandılar

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasında XI turun daha bir oyunu baş tutub.

"Ölkə.az" xəbər verir ki, "Turan Tovuz" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz klubu 22 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. 20 xala malik Bakı təmsilçisi isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. XI tura noyabrın 9-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
5
olke.az

6Sources