Ölkə mediasında yer alan iddialar onu göstərir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Rüşvət almaqla bərabər, yanlış müalicə, yanlış dərmanlar xəstələrin sağlıq durumunda daha ağır fəsadlara gətirib çıxarır. İş o həddə gəlib çatıb ki, çəkinmədən çox zaman sağlam insana belə onkoloji xəstə diaqnozu qoyulur və xəstə bilavasitə soyulur. Əbəs yerə Milli Onkologiya Mərkəzi xalq arasında “qəssabxana” adlandırılmır. Dəfələrlə xəstələrin şikayətlərinə baxmayaraq,bu gün də bu mərkəz xəstələrdən rüşvət almaqda davam etməkdədir. Tibb müəsisəsin de-fakto rəhbəri, bu qurumu öz biznes obyektinə çevirən deputat Kamaləddin Qafarov isə bütün bu faktları görməzdən gəlir. Milli Onkologiya Mərkəzindəki bazar qanunları dəyişmək əvəzinə deputat Qafarov bu aralar dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Bununla bağlı Kəmaləddin Qafarovun yaxın çevrəsindən Xalq.az-a daxil olan məlumata görə oliqarx deputat “Mehdiyev olayından” bəhrələnərək ölkənin digər dərman oliqarxı Cavanşir Feyziyevə qarşı gizli kampaniya başladıb. Mənbənin sözlərinə görə K,qafarov deputat həmkarı Cavanşir Feyziyevin Ramiz Mehdiyevin əsas adamlarından biri olması haqda media orqanlarına gizli yollarla məlumat ötürür.