EN

Azərbaycanın Zəfər Günü Tehranda qeyd olunub

Zəfər Günü münasibətilə Tehranda rəsmi tədbir keçirilib.

APA xəbər verir ki, Mərasimdə siyasi və hərbi rəsmilər, eləcə də müxtəlif ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycanın İrandakı səfiri Əli Alizadə tədbiri açaraq qonaqları salamlayıb və Qələbə Günü münasibətilə xalqı təbrik edib.

O, çıxışında 44 günlük Vətən müharibəsinin gedişinə və Azərbaycanın əldə etdiyi tarixi qələbəyə toxunub, şəhidlərin fədakarlığını xüsusi qeyd edib.

Diplomat Azərbaycan və İran arasında 30 ilə yaxın müddətdə işğal altında olan 132 kilometrlik sərhədin bərpasının iki ölkə münasibətlərində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O, həmçinin Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçməklə yeni nəqliyyat əlaqəsinin yaradılması və Ağbənd–Kələki körpüsünün tikintisinə dair imzalanmış razılaşmaları Azərbaycanın İran İslam Respublikası ilə əlaqələrin inkişafına sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirib.

Chosen
68
4
apa.az

5Sources