EN

Okan Buruk Qurban Qurbanovdan danışdı: Onun videosunu gördüm, çox xoşbəxt oldum

“Qarabağ”-“Çelsi” qarşılaşması (2:2) üçün Bakıya səfər edən, oyunun şərhçisi olan Ertem Şener “Qalatasaray” klubunun baş məşqçisi Okan Burukdan müsahibə alıb.

Publika.az xəbər verir ki, Şener Türkiyə nəhənginin çalışdırıcısına daha çox Azərbaycan çempionu və Ağdam klubundakı həmkarı Qurban Qurbanov barədə suallar ünvanlayıb. Eyni zamanda azərbaycanlı mütəxəssisin ona salamlarını çatdırıb. Türkiyəli məşqçiyə “Qarabağ” forması hədiyyə edib. Buruk isə bu barədə səmimi açıqlamalar verib:

“Mən ilk növbədə Azərbaycana sevgilərimi göndərmək istəyirəm. Zəfər Bayramını ürəkdən təbrik edirəm. Onların meydandakı qələbələri çox önəmlidir, amma meydandan kənardakı uğurları da bir o qədər dəyərlidir. Biz hər zaman qardaş ölkə ilə eyni duyğuları yaşayırıq. Azərbaycanlı qardaşlarımızla bir-birimizə bağlıyıq. Qurban Qurbanov da, “Qarabağ” da bunun ən gözəl nümunələrindəndir. Hazırda Çempionlar Liqasında birgə mübarizə aparırıq, onların oyunlarını izləyirik. Həqiqətən çox uğurlu bir “Qarabağ” var, buna görə Qurban müəllimi buradan təbrik edirəm”.

Buruk Qurbanovun “Çelsi” ilə oyundan sonra “Gedək “Qalatasaray”a dəstək olaq” sözlərinə də reaksiya verib:

“Onların bizə göstərdiyi maraq və dəstək bizi çox sevindirdi. Oyunsonrası yayılan videonu da izlədik, gördüklərimiz bizi çox xoşbəxt etdi. Görmədiyimiz tərəflər də var, amma gördüyümüz mənzərə bizi qürurlandırdı. Eyni duyğuları yaşamaq və paylaşmaq çox önəmlidir, çox dəyərlidir”.

Chosen
27
3
publika.az

5Sources