EN

Almaniyada avtobus piyadaları vurub, bir nəfər ölüb, 10 nəfər yaralanıb

Almaniyanın cənub-qərbində avtobusun bir qrup piyadanı vurması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə SWR teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, İsveçrə sərhədi yaxınlığındakı Vayl-am-Reyn (Baden-Vürtemberq federal torpağı) şəhərində gün ərzində avtobus bir neçə avtomobillə toqquşub və səkiyə çırpılıb.

Hadisə nəticəsində 34 yaşlı qadın ölüb, yaralanan 10 nəfərdən üçü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələlik məlum deyil, polis bunu terror aktı deyil, qəza kimi qiymətləndirir.

Chosen
48
4
musavat.com

5Sources