EN

Prezidentlərin Bakıdakı parad zamanı jurnalistlərlə maraqlı dialoqu - VİDEO

Bakıda keçirilən Zəfər Günü münasibətilə təşkil olunan hərbi parad zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə qısa, diqqətçəkən dialoq yaşayıblar.

"Unikal" xəbər verir ki, “A Haber” telekanalının yaydığı görüntülərdə jurnalistlər dövlət başçılarının nitqlərini yüksək qiymətləndirərək paradın möhtəşəm təşkil olunduğunu vurğulayıblar.

Dialoq zamanı türkiyəli jurnalistlərdən biri Prezident Ərdoğana müraciətlə:

“Cənab Prezident, xanımımın Sizə salamı var” — deyə bildirib.

Türkiyə Prezidenti isə gülümsəyərək:

“Bizdən də çoxlu salam söylə” — cavabını verib.

Söhbətə qoşulan Prezident İlham Əliyev isə jest olaraq:

“Hörmətlə, təbriklər” — deyə qarşılıq verib.

Görüntülər sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.

 

Chosen
22
unikal.az

1Sources