EN

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Erməni işğalı zamanı xarabalığa çevrilən şəhər indi yenidən dirçəlir, həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Zəfər Gününü öz doğma yurdunda qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhərində Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb.

Bu gün Zəfər Günü ilə bağlı Füzulidə “Zəfərin mübarək Azərbaycan” adlı konsert olub, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin əl işlərindən ibarət açılan sərgiyə baxış keçirilib, “Zəfər günü uşaqların gözü ilə" adlı ustad dərsləri təşkil edilib, həmçinin “Zəfər salnaməsi” adlı film nümayiş olunub.

Chosen
12
4
azerbaijan-news.az

10Sources