Bu gün Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
News365.az xəbər verir ki, parada ilk dəfə AzTV-nin gənc siması Mümtaz Xəlilzadə aparıcılıq edib.
Ona bu missiyada ATV-nin aparıcısı Nanə Ağamalıyeva həmkarlıq edib.
Qeyd edək ki, indiyədək bütün paradlara təcrübəli Abdulla Qurbani aparıcılıq etsə də, o, bu il səhhətinə görə tədbirdən kənarda qalıb.