Türkiyəli şərhçi Ertem Şener “Adam Adama” verilişinin növbəti buraxılışında “Qalatasaray”ın baş məşqçisi Okan Buruk ilə “Qarabağ” barədə danışıb.
KONKRET.az Offsideplus.az-a istinadən O.Buruk verilişdə Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışı barədə danışıb, Qurban Qurbanova mesaj da göndərib. O, “Qalatasaray”ın Bakıda keçirdiyi yoldaşlıq oyununu xatırlayıb və yenidən bir oyun keçirmək istədiklərini qeyd edib.