"Ən vacib olan odur ki, hakim səhvi oyunun nəticəsinə təsir etmədi".
Offsideplus.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"la qolsuz başa çatan matçdan sonra deyib.
R. Sadıqovun görüşün baş hakimi Əliyar Ağayevin qərarlarına da toxunub:
- 50 metr uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini istədi. Epizodda qırmızılıq bir şey yox idi. Əliyar bəyin dərhal qırmızı verməsi bizi özümüzdən çıxardı. Oyunun sonlarında foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Ən vacib olan odur ki, hakim səhvi oyunun nəticəsinə təsir etmədi.
O, Tiaqo Silvanın əsas heyətə qayıtmağı barədə isə bunları deyib:
- Plan iki oyunluq idi. Silvanın özünə də demişdik. Milli komanda bizim üçün vacibdir. İki oyunda Aydına şans verdik ki, oyun praktikası qazansın. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yodur. Öncədən də bilinirdi ki, bu gün qapıda Tiaqo olacaq.