EN

“Ay ana, çatmadım…” – Məleykə Əsədovadan etiraf

Xalq artisti Məleykə Əsədova anası ilə bağlı duyğusal etiraf edib.

"Yeni Sabah" xəbər verir ki, aktrisa “Günorta efirdəyik” verilişində çıxışı zamanı bildirib ki, anasının xəstələnməsi və yaşlanması ona dərin təsir göstərib:

“Anamın illər keçdikcə zəiflədiyini, xəstə olduğunu görürdüm. Bu mənim üçün çox ağır idi. Amma bu, həyatın qanunudur — bir gün varıq, bir gün yox. Anamın doğum gününə mahnı sifariş etmişdim, xoşbəxtəm ki, onu dinləyə bildi. Klip də çəkildi, amma anam o vaxt artıq xəstəxanada yatırdı. Klipin bir hissəsini orada lentə almışıq”.

Verilişin aparıcısı Lamiyyə Ələkbərova bildirib ki, Məleykə Əsədovanın anası dünyasını dəyişməzdən az öncə iki dəfə qızına zəng edib, lakin aktrisa efirdə olduğu üçün zənglərə cavab verə bilməyib.

Əsədova bu hadisənin onu çox sarsıtdığını etiraf edib:

“Bəzən düşünürəm, görəsən anam mənə nə demək istəyirdi? Hələ də bu sualın cavabını tapa bilmirəm. O vaxt verilişdə idim, telefon sönülü idi… Sonradan öyrəndim ki, köməkçimə də zəng edib, deyib ‘Məleykəyə bir sözüm var’. Amma mən çatmadım… Ay ana, kaş yetişəydim”.

Sənətçi söhbətinin sonunda hər kəsə müraciət edərək deyib:

“Ana-atanız sağdırsa, qədrini bilin. Valideynlər evin bərəkətidir, işığıdır. Uşaqlıqda onlar bizim nazımızı çəkiblər, biz də onlarınkını çəkməliyik”.

 

 


Telegram kanalımız
Chosen
49
3
yenisabah.az

4Sources